NewBar Consulting işçi axtarır - VAKANSİYA
Digital Marketing Team Leader
Tələblər:
• Menecment, marketinq üzrə bakalavr dərəcəsi arzuolunandır, digital və marketinq sahələri üzrə əlavə kurs və seminarlar
• Digital marketing üzrə ən azı 1 il təcrübə (öz uğurlu keyslərini təqdim edən namizədlərə üstünlük veriləcək)
• Facebook Ads Manager, Google Ads, SEO və digər rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək, müstəqil şəkildə analiz və hesabat təqdimetmə qabiliyyəti.
• Sosial media vasitələrinin ən yaxşı təcrübələrini və yeni trendləri tədqiq etmək və daim tətbiq etmək.
• Rus və azərbaycan dillərində yaxşı danışıq, yazma, kontentin yekun redaktə edilməsi (foto / video / mətn), təqdimat və ünsiyyət bacarıqları. İngilis dili üstünlükdür.
• Deadline ilə işləmək bacarığı, zəruri olduqda prioritetləri dəyişmək və bir neçə layihəni eyni anda idarə etmək bacarığı.
• Çeviklik, operativlik, tez və müstəqil qərar vermə bacarığı.
Vəzifələri:
• Google Ads, SEM, SEO, Facebook, Instagram, eləcə də digər sosial media hesablarının idarə edilməsi.
• Şirkətin və fərqli sektorlardan olan müştərilər üçün komandanın hazırlayacağı aylıq postplan məzmunlarının (şəkillər, video və yazılı) yaradılmasına və idarə edilməsinə birbaşa nəzarət edilməsi
• Marketinq komandasının idarə edilməsi, PR fəaliyyətinin aparılması
• Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
• Aylıq fəaliyyət planının hazırlanması və həyata keçirilməsinin izlənilməsi
İş şəraiti:
Gənclərdən ibarət mehriban və gülərüz kollektiv. Səmimi mühit, inkişafa meyilli şirkət. Qısa müddət ərzində karyera yüksəlişi imkanları.
Əmək haqqı bonuslarla 1000-1500 AZN.
Namizədlər CV və portfoliolarını newbarconsulting@gmail.com ünvanına göndərə bilərlər.