"PAŞA Bank"a əlavə maya qoyulacaq
2021-ci ilin sonunadək "PAŞA Bank" ASC-nin nizamanmə kapitalının artırılması nəzərdə tutulur.
ENA.az xəbər verir ki, bu barədə 2021-ci ilin ilk yarısının maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.
O qeyd edib ki, hələlik bu barədə yekun qərar yoxdur:
“Hazırda səhmdar tərkibi olduğu kimi qalır. İlin sonunadək yenilik olarsa vebsaytımızda yerləşdiriləcəkdir”.
Qeyd edək ki, hazırda PAŞA Bank 354 miylon 512 min manat nizamanmə kapitalına malikdir. Bankın səhmdarları: “PASHA Holding” MMC (56,8195%), “ADOR” MMC (28,1796%), Arif Paşayev (9,9944%) və Mir Camal Paşayevdir (5,0066%).