Qarabağ

“Araz Vadisi İqtisadi Zonası” digərlərindən nə ilə fərqlənəcək? – Ziyad Səmədzadə açıqlayıb

“Araz Vadisi İqtisadi Zonası” Qarabağın sosial-iqtisadi zonasında, Zəngəzur mahalının həyatında böyük bir yenilik gətirəcəkdir. İqtisadi zona təbii ki, müəyyən güzəştlərə malik olur: investisiya qoyuluşu qoyan sahibkarlar, istər xarici istərsə də daxili investorlar vergidən azad olunurlar, onlar üçün bütün şərait dövlət tərəfindən yaradılır. Azad olunmuş rayonlarda məskunlaşmanın hələ də yüksək olmadığı bir şəraitdə belə bir zonanın yaradılmasına sistemli yanaşma, heç şübhəsiz ki, böyük effekt verəcək. Sistemli yanaşma nədir? Deməli, burda həm minalardan təmizlənməsi məsələsi, həm məskunlaşma, yol insfrastrukturun, sosial infrastrukturun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu işlərin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdir. Qlobal miqyasda Şərqi Zəngəzurda bele bir azad iqtisadi zonanınn yaradılması, sözün əsl mənasında, cəsarətli bir addımdır. Çünki Zəngəzur zonası bir çox ölkələrin marağındadır, qonşu 6 ölkə Zəngəzur dəhlizi ilə maraqlanmaq istəyib. Və burada görüləcək işlər birmənalı şəkildə cənab Prezidentin bəyan etdiyi kimi Zəngəzur dəhlizi Azərbaycan xalqının gələcəyinə, Azərbaycanın müstəqilliyinə xidmət edəcək.”

ENA.az xəbər verir ki, bu sözləri Azərbaycan İqtisadçılar İttifaqının sədir, Azərbaycan Respublikası Milli Məclisin deputatı Ziyad Səmədzadə müsahibədə bildirib.

“Mən, demək olar ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun son 70 ildə yəni müstəqilliyə qədərki dövründə baş verən iqtisadi prosesləri təhlil etmişəm. Hesab edirəm ki, burda yaradılacaq iqtisadi zona həmin zonada iqtisadi artım məsələsini həll edəcək. Çünki heçnə yoxdur. Azəərbaycan ərazisinin təxminən 10%-ni təşkil edən bu iqtisadi zona bir müddətdən sonra ölkə iqtisadiyyatına da töhfəsini verə bilər. Burada həm təbii resurslar var, həm əmək resursları olacaq, həm energetika resursları var, yaşıllaş enerji imkanları var.”- deyə, Ziyad Səmədzadə qeyd edib.

O, bildirib ki, Qarabağ regionu və Şərqi Zəngəzur rayonu o vaxtlar müstəqilliyə qədər ölkə iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının 12-13%-ni təşkil edirdi. Bu regionlarda nə qədər potensial olmuşdur. Ona görə də bu potensiallardan istifadə olunması böyük məna verəcəkdir. 91-ci ildə bu rayonlarda Bakıda, Sumqayıtda, Gəncədə yerləşən sənaye müəssisələrinin 77 filialları var idi. Prezidentin fərmanına uyğun olaraq, artıq Sumqayıt Sənaye Parkı müəyyən işlər görəcək, Azərbaycanla Rusiya arasında əməkdaşlığın bir istiqaməti olan Gəncədə avtomobil zavodunun filialı yaradılacaq. Regionda maşınqayırma zavodunun filialının yaradılması adi məsələ deyil. Gələcəkdə bu zavod inkişaf etdirilə, təmir işləri həyata keçirilə bilər. Bizim ən böyük üstünlüyümüz ondan ibarətdir ki, su ehtiyatlarımız, əmək ehtiyatlarımız, tikinti materilları ehtiyatımız var. Bunlar bizə imkan verir ki, o region qeyri-neft sektorunun inkişafı baxımından 1-cilər sırasında olsun. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi bu regionların potensialını artıracaq. Bu regionlar Azərbaycanın müdafiə təhlükəsizliyinin, iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün böyük imkanlar yaradacaq.

Ziyad Səmədzadə bildirib ki, burada iqtisadi həyatın bərpası, iqtisadi həyatın bərpasına xidmət edən strukturların yaradılması mexanizmi digər iqtisadi zonalardan xeyli dərəcədə fərqlənəcək. Şəffaflıq çox yüksək səviyyəyə qalxacaq, hər bir addım dövlətin nəzarətindədir, hər bir addım müasir idarəetmə mədəniyyətinin tələblərinə cavab verəcək. Yeni yaradılacaq iqtisadi rayonların fəaliyyətində digər rayonlar aktiv iştirak edəcəklər. Bərdə, Ağcabədi rayonlarının bura daxil edilməsi; Bərdədə pambıq istehsalı, üzüm istehsalı əkinləri inkişaf etdiriləcək. Bu məhsulların kənara daşınıb emal olunmasına ehtiyac olmayacaq, məhsulların əksər hissəsi bu regionlar daxilində istehsal olunacaq. Hasiledici sahə ilə emaledici sahə arasında optimal nisbət yaranacaq. Bu o deməkdir ki, səmərəsiz daşınmaya yol verilməyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)