AccessBank Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlara 273 milyon AZN dəstək olub
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, həm daxili, həm də xarici vəsaitlər hesabına ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqda davam edir. Xarici vəsaitlər müvafiq dövlət fond və agentliklərinin hesabına sahibkarlara təklif olunur. AccessBank-ın bu istiqamətdə əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Sahibkarlığın İnkişafı Fondudur. Fond cari ilin 1 oktyabr tarixinə güzəştli kreditlər üzrə ən çox sayda kredit verən 5 müvəkkil kredit təşkilatının adını açıqlayıb. AccessBank 273 milyon AZN-lə sahibkarlara dəstək olan qurumlar arasında ilk pillədə qərarlaşıb.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.