Birja

Bitkoinin qiyməti 50 min dollara yaxınlaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 50 min ABŞ dollarına yaxınlaşıb.

ENA.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 3,6 %, son gün ərzində isə 18,3 % bahalaşaraq 49,5 min ABŞ dollarına satılıb.

Nəticədə onun kapitallaşması 933 milyard ABŞ dolları çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,4 % artaraq 3,4 min ABŞ dolları təşkil edib. İlk onluqda qərarlaşan kriptovalyutalardan ən çox bahalaşan “Dogecoin” olub.

Kriptovalyuta bazarının toplam dəyəri isə 2,2 trilyon ABŞ dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 11:51-ə olan məlumatları aşağıdakı kimidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)