Beynəlxalq Bankda təyinat olub
![](https://ena.az/uploads/news/2021-09/_ena_4ea2ef98ebde9e0f3996be1e5_o.jpg)
Azərbaycanın ən böyük bankı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) yeni departament direktoru təyin edilib.
ENA.az xəbər verir ki, Anar Qocayev ABB-nin İnfrastruktur və Əməliyyat Departamentinin direktoru təyin edilib. O bu vəzifəsinin icrasına 2021-ci ilin 13 sentyabrından start verib.
2020-ci ilin noyabrından bu günə qədər, A.Qocayev ABB-nin adıçəkilən departamentində direktor müavini idi. ABB-dən öncə isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də İT sistemi müdirinin müavini kimi çalışmışdır.
Qeyd edək ki, A.Qocayevin “Oracle Certified Master” beynəlxalq sertifikatı, “Oracle ACE” beynəlxalq mükafatı və “Oracle Gold Badge” beynəlxalq mükafatı vardır.