Sosial iqtisadiyyat

Ən çox adambaşına pensiya düşən rayonlar – SİYAHI

Azərbaycanda 2021-ci ilin birinci yarısında ev təsərrüfatlarında adambaşına düşən pensiyanın həcminə görə iqtisadi rayonlar sıralaması açıqlanıb.

ENA.az xəbər verir ki, iqtisadi rayonlar üzrə ən yüksək adambaşına düşən göstərici Bakı şəhərində qeydə alınıb. Belə ki, bu iqtisadi rayonda adambaşına ayda 59.30 manat pul vəsaiti düşüb.

İkinci sırada Gəncə-Qazax 54.3 manatla, üçüncü sırada isə Abşeron 51.8 manatla durur.

Ən aşağı göstərici Şəki-Zaqatalada olmaqla 43.2 manat təşkil edir.

Bir ay ərzində adambaşına düşən pensiya gəlirlərinin həcmi – 2021-ci ilin yanvar-iyun ayları:

İqtisadi rayon Həcmi
Bakı şəhəri    59.30 ₼
Gəncə-Qazax    54.30 ₼
Abşeron    51.80 ₼
Kəlbəcər-Laçın    51.10 ₼
Lənkəran    51.00 ₼
Quba-Xaçmaz    49.90 ₼
Aran    49.50 ₼
Dağlıq Şirvan    49.50 ₼
Yuxarı Qarabağ    46.70 ₼
Naxçıvan MR    45.10 ₼
Şəki-Zaqatala    43.20 ₼
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department