Elm və Texnologiya

Azərbaycan xaricə PUA-lar satacaq

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC  pilotsuz uçuş aparatlarını daxili bazarla yanaşı, xarici ölkələrə ixracını da nəzərdə tutur.

ENA.az AMEA-dan əldə etdiyi məlumata əsasən xəbər verir ki, bunun üçün il ərzində ölkə üzrə tələbat, satın alınacaq dronların texniki göstəriciləri əvvəlcədən elan olunarsa təbii ki, yerli istehsalçı bunu nəzərə alaraq məhsul istehsal edəcək.

Qeyd edək ki, Pilotsuz uçuş aparatları arxeoloji qazıntılar zamanı, digər geoloji və zooloji tədqiqatlar zamanı, həmçinin neft daşlarında stansiyaların və ya boruların tədqiqi zamanı istifadə olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)