Bank

Azərbaycan bankları Qarabağın inkişafına cəlb oluna bilər

Bu gün Qarabağ Dirçəliş Fondu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ilə görüş keçirəcək.

ENA.az xəbər verir ki, görüşdə Fondun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, İdarə Heyətinin sədri Rəhman Hacıyevin, ABA-nın prezidenti Zakir Nuriyevin və ölkədə fəaliyyət göstərən bankların rəhbərlərinin iştirak edəcəkləri gözlənilir.

Tərəflər bankların Qarabağın inkişafına cəlb olunması, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department