Milli Məclisdə COVID-19-la bağlı dinləmə keçiriləcək, TƏBİB rəhbərliyi parlamentə dəvət olunacaq
![](https://ena.az/uploads/news/2021-09/_ena_266285024f20aec123befe69b_o.jpg)
Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.
Bunu parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək: “TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.
Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payz sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.