Vilayət Eyvazov yüksək vəzifəli polisi təqaüdə göndərdi
DİN-in Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Həsənov Daxili İşlər Orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
DİN Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.