Tarixin ən böyük peyvənd kampaniyası: dünya nə qədər "peyvəndlənib"?

Tarixin ən böyük peyvənd kampaniyası davam edir. Bloomberg yazır ki, 182 ölkədə 5.48 milyarddan dozdan çox peyvənd vurulub. Son nisbət gündə təxminən 38.7 milyon doz təşkil edir.
ABŞ -da indiyə qədər 374 milyon doza peyvəndləmə baş tutub. Son bir həftədə gündə ortalama 942.472 doza tətbiq edilib.
Dünyada 5.48 milyarddan çox doza peyvənddən istifadə edilib, bu isə dünya əhalisinin 35.7%-ni tam peyvənd etmək üçün kifayətdir.