Azərbaycanın 5 şirkətinin Rusiyadan aldığı məhsullar yayarsız çıxıb – Siyahı
Azərbaycana idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə xarici ölkələrə 55 bildiriş göndərilib.
ENA.az xəbər verir ki, bunlardan Rusiya Federasiyasına 52, İran İslam Respublikasına 1, Gürcüstan Respublikasına 1, İspaniya Krallığına 1 bildiriş göndərilib.
Notifikasiya göndərilən məhsulları idxal edən subyektlər:
– “A+CO” MMC – 6 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya aşkar olunub);
– F/ş Mirzəyev İsgəndər – 11 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq buğdada sürünən kəkrə aşkar olunub);
– “Dəvəçi Dəyirman” MMC – 7 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq qarğıdalıda sürünən kəkrə aşkar olunub);
– “Avrora” MMC – 27 (Rusiya federasiyasından idxal edilən ərzaqlıq buğdada sürünən kəkrə aşkar olunub);
– “Nadir Quliyev adına Bakı Taxıl” ASC- 1 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq buğdada yovşanyarpaqlı ambroziya aşkar olunub);