Koronavirusun daha bir təhlükəli növü yayılır - Vaksinlərə qarşı daha davamlıdır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un “Mu” mutasiyası ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, yeni mutasiya vaksinlərə qarşı daha davamlıdır.
“Mu” variantı, həmçinin B.1.621 kimi məşhurdur. O, təşkilatın müşahidəsi siyahısına "maraqlı variant" kimi əlavə edilib.
Yeni variant potensial immun qaçış xüsusiyyətlərinə malikdir.
İlkin məlumatlar göstərir ki, o, “beta”ya bənzər vaksinasiyadan qaça bilər, lakin mütəxəssislər bu ştamla bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.
“Mu” mutasiyası ilk dəfə 2021-ci ilin yanvarında Kolumbiyada aşkarlanıb. Hazırda yeni ştam azı 39 ölkədə mövcuddur.