“Puma” 1986-cı ilə aid olan “ağıllı” ayaqqabısını yenidən satışa çıxardı - Foto + Video
İdman malları tədarükçüsü “Puma” 1986-cı ilə aid olan “RS-Computer” adlı “ağıllı” ayaqqabılarını bu günün texnologiyası ilə yeniləyib təkrar bazara çıxarıb.
"BI"nin məlumatına görə, “RS-Computer” məhdud şəkildə, sadəcə Berlin, Tokio, Londondakı Puma mağazalarında, eləcə də KITH adlı idman ayaqqabıları pərakəndə şəbəkəsində satışa çıxarılıb.
Dekabrın 13-dən satışa çıxarılan ayaqqabı, yalnız 86 cütdür və qiyməti 500 dollardır. İnternet mağazalarında isə adıçəkilən ayaqqabının hamısı alınıb.
Qeyd etmək yerinə düşər ki, “RS-Computer” yenilənsə də, orjinaldakı görünüşünü qoruyur. Ayyaqqabılar Android, iOS cihazlarına bağlana bilir. Onda sürətölçən, LED göstəricilər, şarj üçün USB bağlantısı, ayyaqqabının telefona naqilsiz bağlanması üçün “Bluetooth” kimi funksiyalar mövcuddur. Hər bir ayaqqabı, hər ay yeni bir başlanğıc əsasında 30 günə qədər olan performans göstəricilərini saxlayır.
Puma “RS-Computer”i dünyanın ilk kompüterli qaçış ayaqqabası adlandırır. Amma bildirək ki, “Adidas” da hələ 1984-cü ildə bazara “Micropacer” adlı ayaqqabıları satışa çıxarmışdı. Ancaq funksiyaları baxımından müqayisə etdikdə “Adidas”ın qaçış ayaqqabısı daha təkmil idi.