Sığorta

Mərkəzi Bank sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığorta xidmətləri üçün açıq tender elan edib.

ENA.az xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 13-ü, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin %-i qədər bank təminatını isə sentyabrın 21-i, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon: (012) 404-37-00 (daxili: 1171).

Təkliflərə sentyabrın 22-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)