ENA+

Ermənistan Türkiyə ilə danışıqlara hazır olduğunu BƏYAN ETDİ

Ermənistan hökuməti 2021-2026-cı illər üçün proqramını təqdim edib.

ENA.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, proqramın xarici siyasəti bölməsində Türkiyə ilə münasibətlərin normallaşması məsələsi əsas istiqamət kmimi müəyyənləşdkirilib.

Proqramda bildirilir ki, Ermənistan həm keçmişdə, həm də bu gün Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün səy göstərməyə hazırdır.


Hökumət hesab edir ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmaması, sərhədlərin bağlanması, həmçinin Türkiyənin 44 günlük müharibəyə açıq şəkildə qoşulması bölgədə sülhə və davamlı inkişafa mənfi təsir göstərib.

“Ermənistan Respublikası bölgədə sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın möhkəmlənməsi üçün Türkiyə ilə münasibətləri heç bir şərt olmadan normallaşdırmağa hər zaman hazırdır. Ermənistan bunun üçün səy göstərməyə də hazırdır. Ön şərtlər olmadan irəli gedərək, tərəflər qarşılıqlı etimad mühiti yaratmaq üçün birlikdə çalışmalıdırlar”,-deyə hökumətdən bildirlib.

Proqramı Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra parlamentdə müzakirə olunacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)