Paşinyan: “Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”
![](https://ena.az/uploads/news/2021-08/_ena_5aac9122afa6061e5608b9f66_o.jpg)
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.
ENA.az “TASS”a istinadən xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.
“Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır”, - N.Paşinyan söyləyib.