Vakansiyalar

OBA marketlər şəbəkəsi işçi axtarır - MAAŞ 650-750 MANAT

Vəzifə: Monitorinq əməkdaşı (Masallı, Sabirabad, Ağdam)
İş yeri: OBA Marketlər şəbəkəsi
Departament: Daxili Nəzarət

Namizədə dair tələblər:

• Təhsil: Ali təhsil
• Kompüter bilikləri: MS Office
• Yaş: 40 yaşa qədər
• Şəxsi avtomobilin olması vacibdir

Vəzifə öhdəlikləri:

• Müşahidə kameraları vasitəsilə filialda baş verən bütün proseslərin izlənməsi
• Təhkim olunan ərazilər üzrə mağazalarda check list aparılması
• Mağazada operativ yoxlama apararkən neqativ hal aşkarlanarsa, ərazi üzrə məsul şəxs və ya şəxslərlə görüşlərin keçirilməsi
• Mağazalarda büro kassa və pos kassaların inventarizasiyasının həyata keçirilməsi
• Struktur rəhbərinin və birbaşa rəhbərinin verdiyi tapşırıqları gecikdirmədən, operativ yerinə yetirilməsi
• Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqların icrası

Əlavə məlumat:

- Masallı (Plan üzrə operativ yoxlama aparılacaq ərazilər:Salyan, Lənkəran, Cəlilabad, Masallı, Neftçala, Yardımlı, Lerik, Astara)
- Sabirabad (Plan üzrə operativ yoxlama aparılacaq ərazilər: Beyləqan, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Biləsuvar)
- Ağdam (Plan üzrə operativ yoxlama aparılacaq ərazilər: Goranboy, Naftalan, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Xocavənd, Füzuli, Cəbrayıl )

Əlavə təminatlar:

• Korporativ nömrə;
• Yanacaq xərci;

Əmək haqqı: 650AZN-750AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı (regionun adı)" və regionun adını qeyd edərək cv@oba.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department