Bakıda tikinti işləri üçün əsas kapitala yönəldilmiş vəsaitdən 2 mlrd. manat ayrıldı
Cari ilin yanvar-iyun aylarında Bakı şəhərində əsas kapitala 4 milyard 105,8 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox vəsait yönəldilib.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 290 milyon manatı və ya 55,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.