“28 May” stansiyasında nə baş vermişdi? - AÇIQLAMA
Bu gün axşam saatlarında Bakı Metropoliteninin “28 May” stansiyasının əsas girişi müvəqqəti bağlanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, buna səbəb sərnişinlərin təhlükəsizliyini təmin etmək olub.
“Saat 19:00 radələrində metroda sərnişin sıxlığı çox olduğundan təhlükəsizlik tədbirlərini gücləndirmək məsədilə əsas giriş 4-5 dəqiqəliyə bağlanıb. Sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının girişindən içəri buraxılıblar. Hazırda problem həll edilib”,- deyə qurum rəsmisi söyləyib.