Vakansiyalar

"Qidalanma üzrə xidmət departamentinin direktoru" vəzifəsinə işçi axtarılır - VAKANSİYA

Qidalanma üzrə xidmət departamentinin direktoru

"Şahdağ Turizm Mərkəzi" QSC “Qidalanma üzrə xidmət departamentinin direktoru” vakansiyası üzrə namizədlərin seçimini elan edir.

Namizədə tələblər:

- Otel sahəsinin “Qidalanma və xidmət” bölməsi üzrə minimum 3 (üç) illik rəhbərlik təcrübəsi;
- Dil biliyi: Azərbaycan, Rus və İngilis dilində sərbəst yazışma və ünsiyyət qurma;
- Micros, 1C, Opera və Materials Control (MC) proqramlarında işləmə;

Əlavə imtiyazlar:

Yerləşdirmə, korporativ nömrə və otelin təklif etdiyi əyləncələrdən istifadə. Bakıdan gələn əməkdaşlar istirahət günlərində Bakıya və Bakıdan Qusara daşınma üçün nəqliyyatla təmin edilirlər. Şirkət Qusar rayonu ərazisində yerləşdiyi üçün Qusar və ətraf bölgələrdən olan namizədlərə üstünlük veriləcəkdir.

Müraciət üçün CV-ləri "Qidalanma üzrə xidmət departamentinin direktoru" başlığı altında cv@shahdag.az email ünvanına göndərə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department