Azərbaycanda məşhur tikinti şirkətinə yeni baş direktor təyin ediləcək
“Continental Construction and İndustrial CO” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
ENA.az xəbər verir ki, yığıncaq 1 sentyabr 2021-ci il saat 10.00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlər:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Cəmiyyətin yeni baş direktorunun seçilməsi.
3. “Continental Construction and İndustrial CO” ASC-nin dövlət qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya +994 55 212 59 39 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.