Hesabatlar

Dünya Bankını "Müstəqillik indeksi"ndə Azərbaycan 17-liyə düşdü

Bugün Hesablama Palatası ilə Dünya Bankının “Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair 2021-ci ilin Qlobal Sintez Hesabatı” mövzusunda birgə tədbiri keçirilib. Tədbirdə qeyd edilib ki, Dünya Bankının müvafiq İdarəetmə qrupları tərəfindən aparılmış 118 ölkənin Ali Audit Qurumlarının (AAQ) müstəqillik indeksinin qiymətləndirilməsi layihəsi 2019-cu ilin oktyabrından 2021-ci ilin may ayınadək davam edib.

Qlobal qiymətləndirmə layihəsindən əldə edilən nəticələr 118 ölkə arasında yalnız 2 ölkənin ən yüksək müstəqillik dərəcəsinə malik olduğunu müəyyən etmişdir. 17 ölkənin, o cümlədən, Azərbaycanın müstəqilliyinin yüksək, 33 ölkənin müstəqilliyinin əhəmiyyətli dərəcədə, 37 ölkənin müstəqilliyinin orta, 29 ölkənin müstəqilliyinin isə aşağı olduğu açıqlanıb. 

Qeyd edək ki, layihə Dünya Bankından borcalan ölkələrin idarəetmə qrupları və İdarəetmə Qlobal Tətbiqi üçün hərtərəfli məlumat bazası yaratmaq, AAQ-nın qlobal vəziyyətini və inkişaf üçün boşluqları müəyyənləşdirmək məqsədini daşıyır. 

Tədbirdə Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dünya Bankının meneceri Den Boys və PETA Katibliyinin və Dünya Bankının dövlət maliyyəsi idarəçiliyi üzrə qlobal rəhbəri Srinavas Qruzade iştirak ediblər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)