“Premium Bank” mənfəətini artırdı - HESABAT
“Premium Bank” ASC 2021-ci ilin I yarısında aktivlərini 2% artıraraq 666,088 milyon manata yüksəldib. ENA.az xəbər verir ki, aktivlərin 78,7%-ni kredit portfeli tutur və bu ilin ötən 6 ayında bankın verdiyi kreditlərin həcmi 8% azalaraq 524,483 milyon manat olub. Son bir ildə isə bankın kredit portfeli 6,4% kiçilib.
Gesabata əsasən, biznes kreditlər üzrə portfel 8,4% azalaraq 494,4 milyon manata düşüb. “Premium Bank”ın öhdəlikləri 1% artıb və 477,723 milyon manat təşkil edib. Ötən yanvar-iyun aylarında depozitlər 1,6% artaraq 437,952 milyon manata çatıb. Əhalinin vəsaitlərinin həcmi isə 11,4% böyüyərək 355,993 milyon manat təşkil edib.
2021-ci il iyunun 30-na bankın nizamnamə kapitalı 154,601 milyon manata, kapitalı 188,365 milyon manata bərabərdir.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 8,225 milyon manat olub ki, bu 2020-ci ilin yarımilliyi ilə müqayisədə 8,2% artım deməkdir. Gəlirləri 22,874 milyon manatdır ki, bu illik müqayisədə 9,2% azdır. Cəmi xərcləri 1,4% azalaraq 22,383 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 7,734 milyon manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə TOP-10 banklardan biridir.