“Yelo Bank” ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
- Təqdim ediləcək məhsulun keyfiyyəti
- Təklif ediləcək məhsulun qiyməti
- İştirakçı şirkətin bu sahədə təcrübəsi
- Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
- Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Qiymət təklifi
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
- Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 16 İyul 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
- Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.
- Tələb olunan xidmətlər
- Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.
- Baş ofisdə nəzərdə tutulan idman zalının ərazi 175 sq.m-dir.
- Qadınlar üçün qadın, kişilər üçün kişi məşqçi.
- Bütün trenajor/fitness avadanlıqları şirkət tərəfindən təqdim olunmalıdır.
- İş rejimi həftə içi səhər saat 07:00-09:00 və 18:00-22:00, həftəsonu isə saat 08:00-21:00
- Qalib şirkət 1 avqust 2021 ci il tarixində fəaliyyətə başlamaq qabiliyyətində olmalıdır.
- Qiymət təklifi təqdim olunmalıdır:
- Gündəlik
- Ay ərzində 8 giriş
- Ay ərzində 12 giriş
- Ay ərzində 16 giriş
- Alətlər
Minimum aşağıda qeyd olunan alətlər olmalıdır.
- Hyperextension
- Crossover
- Hammer leg extension
- Chest + Shoulders (Bench Press)
- Chest + Triceps (Bench Press)
- Leg press
- Smith (squats + bench press)
- Exercise bike
- Bench
- Treadmill
- Dumbbells
- Hummer horizontal pull (back)
- Horizontal block pull (back)
- Barbells
- Ödəniş və digər şərtlər
- Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
- Tenderin qalibi olan şirkətdən Bankda fəaliyyəti üçün icarə və hər hansi bir kommunal ödənişi tələb olunmur.
- Müqavilə 1 il ərzində qüvvədə olacaq.
- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
- Ödəniş işçilər tərəfindən olunacaq.
- Satınalan təşkilatın ünvanı
Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Anar Asgarzade
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575
aasgarzada@yelo.az