"Bu prezidentin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir"
“Azərbaycanda aparılan iqtisadi islahatlar, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir”.
"BI" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusundakı tədbirdə bildirib.
Onun sözlərinə görə, “Yaşıl Dəhliz” buraxılış sistemi Prezident İlham Əliyevin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir: “Bu sistem özünü idarəetməyə yol açır. Sahibkarlar gələn il fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurun görmədən, ofislərindən apara biləcəklər. Bu da şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətlərinin minumuma endirilməsi, vaxt məhdudiyyətinin aradan qaldırılması, logistik xidmətlərə çəkilən xərclərin 0-a endirilməsi deməkdir”.