"Baku Crystal Hall"un yığılmış - ZƏRƏRİ AÇIQLANDI
2020-ci ilin yekunları üzrə "Baku Crystal Hall" MMC-nin xalis mənfəəti 7 min 204,16 manat təşkil edib. Bu, 2019-cu ilin göstəricisindən 5,2% azdır, amma 2020-ci ildə ümumiyyətlə pandemiyanın sərt şərtlərini nəzərə alsaq, "Baku Crystal Hall"un nəsə gəlir əldə etməsi böyük uğurdur.
Cəmiyyətin dərc olunmuş maliyyə hesabatına əsasən, 2020-ci ildə onun əməliyyat gəlirləri 9,4% azalaraq 2 milyon 984 min 124,94 manat, əməliyyat xərcləri isə 9,4% azalaraq 2 milyon 975 min 119,74 manat təşkil edib.
Ötən il "Baku Crystal Hall" MMC-nin əməliyyat mənfəəti 9 min 5,2 manat, mənfəət vergisi üzrə ödənişləri 1 min 801,04 manat məbləğində olub.
Hesabat ilində cəmiyyətin aktivləri 0,03% azalaraq 174 milyon 229 min 781,85 manat olub. Burada 5 milyon 118 min 55,76 manat qısamüddətli aktivlərin, 169 milyon 111 min 726.09 manat isə uzunmüddətli aktivlərin payına düşür.
2020-ci ilin sonuna cəmiyyətin öhdəlikləri 6,1% yüksələrək105,914 min manata çatıb.
1 yanvar 2021-ci il tarixinə "Baku Crystal Hall" MMC-nin kapitalı 0,04% azalıb və 174 milyon 123 min 867,84 manata bərabərdir. Nizamnamə kapitalı isə dəyişməyərək 191 milyon 567 min 449,92 manat olub. Kompleksin yığılmış zərəri 17 milyon 443 min 582,08 manata yaxındır.
Qeyd edək ki, Baku Crystal Hall - çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleks geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulub. “Baku Crystal Hall” “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilib.