MALİYYƏ

Birləşmiş Ərəb Əmirlikləri özünün milli rəqəmsal valyutasını yaradacaq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı bəyan edib ki, ölkənin milli rəqəmsal valyutasının yaradılması istiqamətində iş gedir.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu məsələ qurumun 2023-2026-cı illəri əhatə edən inkişaf strategiyasına daxil edilib.

Xatırladaq ki, bir qədər əvvəl Mərkəzi Bank Səudiyyə Ərəbistan hökumətinin aidiyyəti qurumu ilə birlikdə blokçeyn texnologiyasından istifadə etməklə milli rəqəmsal valyutanın prototipinin yaradılması istiqamətində əməkdaşlıq edib. Birgə layihəyə “Aber” adı verilib.

Hazırda dünyada milli rəqəmsal valyutanın dövriyyəyə buraxılmasına ən yaxın ölkə Çindir. Bu ölkədə rəqəmsal valyutanın hansı tarixdə istifadəyə veriləcəyi dəqiq bilinməsə də, 2022-ci ildə Pekində keçiriləcək qış olimpiya oyunlarında yeni valyutadan istifadə edilməsinə hazırlıq gedir. Bu barədə ötən ilin oktyabr ayında Çin Xalq Bankının pul-kredit siyasəti departamentinin başçısı Sun Qofen bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)