Sığorta

“Meqa Sığorta”da biznesin inkişafı xanıma həvalə edilir

“Meqa Sığorta” ASC-də yeni təyinat olub, departamentinin rəhbəri dəyişib.

ENA.az xəbər verir ki, banker.az-ın yaydığı məlumata görə, Fatima Sadiqova sığorta şirkətinin Biznesin inkişafı departamentinə rəhbər təyin edilib. O, vəzifəsinin icrasına 2021-ci ilin iyulunda başlayıb. Buna qədər isə F.Sadiqova bu departamentdə direktor müavini idi.

Həmin departamentə isə 2019-cu ilin aprelindən 2021-ci ilin iyuluna qədər Abil Abdullayev rəhbərlik edirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)