Vakansiyalar

Azerbaijan Supermarket işçi axtarır - VAKANSİYA

Şöbə: Marketin inkişafı üzrə departament
Vəzifə: İstismar xidmətləri üzrə supervayzer
İşin növü: Tam

Vəzifə öhdəlikləri

- Anbara aid tikililərin və avadanlıqların büdcəsinin hazırlanması və yerinə yetirilməsini təmin etmək.
- Effektli nəzarət altında təklif olunan bütün xidmətlərin hər zaman mövcud olmasını, səmərəli və nəzakətlə yerinə yetirilməsini təmin etmək.
- Bütün şikayətlərin peşəkarlıqla həll etmək.
- Şikayətləri qeydə almaq və hər ay anbar menecerini məlumatlandırmaq.
- Bütün ləvazimatlarla əlaqədar texniki xidmət proqramını yerinə yetirmək və inkişaf etdirmək.
- Təchizatların siyahıya alınmasını təmin etmək və ehtiyac olduqda onların əvəz edilməsi işləri ilə bağlı məsuliyyət daşımaq.
- Məşğuliyyət, idarəetmə xərclərinin büdcə ilə qarşılaşdırılması, azalan ehtiyyat xərcləri və digər məlumatların verilməsi də daxil olmaqla bütün həlledici məsələlər barəsində aylıq hesabatlar hazırlamaq.

Vəzifənin tələbləri

 

- Müvafiq sahə üzrə Ali təhsil.
- Layihə idarəçiliyində texniki bacarıqlar və inşaat mühəndisliyi sahəsində 4 ildən 6 ilə qədər təcrübə.
- Yüksək motivasiya bacarığı.
- Detallara diqqət və problem həlletmə bacarığı.
- Analitik düşünmə bacarığı.
- Düzgün iş prosesini qurmaq bacarığı.
- Təhlil, təcrübə və mühakimə bacarıqlarına əsaslanaraq dəqiq qərarvermə bacarığı.
- Açıq şəkildə münasibət qurma bacarığı, son dərəcə mülayim, həvəsli və ünsiyyətcil şəxs.
- Komandada işləmək bacarığı.
- Digərləri ilə bilik və bacarıqlarını bölüşmə bacarığı.
- Tapşırılan işə peşəkar münasibət və yanaşma bacarığı.
- Bütün səviyyələrdə olan həmkarlarına məsləhət vermək və dəstək olmaq bacarığı.
- Nəzarət altında olmadıqda etibarlı və düzgün işləmə bacarığı.
- Personal kompüterdən (PC), e-mail, internet, Microsoft Office (məs., Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) və layihə idarəetmə proqramından istifadə etmək bacarığı.

Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına "İstismar xidmətləri üzrə supervayzer" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department