Azərbaycanda koronavirusa yeni yoluxma sayı açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 336 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 466 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1035 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 951, ötən müddət ərzində isə ümumilikdə 3 793 040 test aparılıb.