Gürcüstana səyahət etmək istəyənlərin nəzərinə!
Gürcüstan hökuməti bütün sərnişinlər tərəfindən icbari şəkildə koronavirusa dair PCR testi arayışının təqdim olunması qərarını ləğv edib.
ENA.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi - "Buta Airways" şirkətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, uçuşlar öncəki qaydalara əsasən həyata keçiriləcək.