“Unibank”ın İdarə Heyətinə və Audit Komitəsinə yeni təyinatlar
Unibank KB rəhbərliyinin qərarı ilə Faiq Zeynalov Unibank İdarə Heyətinin üzvü, Bankın Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.
ENA.az bu barədə BAnker.az-a istinadən xəbər verir.
Uzun illərdir Unibank komandasında təmsil olunan Faiq Zeynalov bu təyinatadək Bankın Audit Komitəsinin sədri işləyib.
Unibank rəhbərliyinin daha bir qərarı ilə Samir Balayev Audit Komitəsinin sədri vəzifəsinə təyin olunub. Samir Balayev uzun illərdir Unibank komandasının üzvüdür və son təyinatadək Müşahidə Şurası Sədrinin müşaviri vəzifəsində çalışıb.