Qarabağ

Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə ediblər

“Qarabağdakı vəziyyət bu gün regionla bağlı müzakirələrimizin mövzularından biri olub”.

ENA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Antalya şəhərində görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriya, Liviya və Əfqanıstandakı vəziyyət də müzakirə olunub: “Məqsədimiz bütün bu ölkələrdə sabitliyin, dincliyin və sülhün daimi olmasıdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)