Bakının yeni simvolu gəlir, “Yaşıl Cənnət” yaradılır - FOTOLAR
Bakının yeni simvolları tezliklə gəlir.
ENA.az xəbər verir ki, Bakıda “Yaşıl Cənnət” (Green Paradise) yaradılır.
Türkiyənin memarlıq şirkəti Tuncer Çakmaklı Architects, Bakı meriyası tərəfindən təsdiqlənən “Yaşıl Cənnət” in yaradılması üçün bir layihə təqdim edib.
“Yaşıl Cənnət” in sahəsi 16 450 kv.m olacaqdır. Layihə Səbail rayonunda, Dövlət Bayrağı Meydanından bir qədər aralıda başlamışdır. İş 2023-cü ilin sonunadək başa çatacaq.
“Yaşıl Cənnət” Bakı sakinləri və qonaqları üçün sevimli istirahət və əyləncə məkanına çevriləcəkdir.