Küçə, prospekt və meydanlara şəhidlərin adları veriləcək
Yerli icra hakimiyyəti orqanları yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulunu həyata keçirəcək.
ENA.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli fərmanı ilə təsdiq edilmiş şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısında öz əksini tapıb.
Həmçinin yerli icra hakimiyyəti orqanları:
- yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
- ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar verilməsi;
- şəhid adının əbədiləşdirməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlərin qəbulunu həyata keçirəcək.