Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında Brent neftinin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,60 ABŞ dolları və ya 0,81% azalaraq 73,06 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,50 dollar və ya 0,67% artaraq 75,31 dollar təşkil edib.