Bu vəzifələr üzrə işçilər axtarılır - VAKANSİYALAR
"Kontakt Home"
Vakansiya: Elektrik
Tələblər:
• Bu sahədə iş təcrübəsi – 2-3 il;
• Uyğun sahə üzrə sertifikatın olması arzu olunandır.
Vəzifələr:
• Hər növ elektrik işləri;
• Baş verən texniki problemlərin dərhal aradan qaldırılması;
• Yaranmış problemə uyğun təchizatların və texniki avadanlıqların istifadə edilməsi.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş vaxtı: həftənin 6 günü, istirahet günləri: bazar;
• Əmək haqqı: 700 AZN.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kphx4lwn
***
Restoran : CafeBenefit
Vakansiya : Aşbaz
Namizədə tələblər:
- Təcrübə: 2-3 il
- Avropa mətbəxini bilməli
Əmək haqqı : 600-700 AZN
İş günləri : 1-6 günlər
İş saatı : 9 saat
E-mail: info@maxtexno.com
***
“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı vakansiya üzrə namizəd axtarır:
Yol mühəndisi
Tələblər:
• Müvafiq sahədə ali təhsil;
• Yol tikintisi sahəsində təcrübəyə malik olmalı. Tikinti sahəsində iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
• İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,) ;
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
Vəzifə öhdəlikləri:
• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
• Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
• Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edilməsi;
• Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;
• Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.
• İş rejimi : 6 günlük
• Təhsil: Ali
CV üçün e-mail: hr@butaconstruction.az (Yol Mühəndisi başlığı ilə göndərməniz xahiş olunur)
***
Turan MMC
Vəzifə: Ofis meneceri
Əsas vəzifələr:
- Gündəlik daxil olan tələblərin incələnməsi və cavablandırılması
- Təkliflərin hazırlanması və göndərilməsi
- Təkliflərin təqibi, hesabatı və arxivləşdirilməsi
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatı
- Karguzarlıq işinin təşkili
- Görüşlərin təşkili
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi;
Namizədə olan tələblər:
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Komandada işləmək bacarığı, çeviklik, məsuliyyətlilik və şirkətin missiyasina sadiqlik.
Tələb olunan təhsil və iş tələbləri:
- Ali təhsil
- Azərbaycan, ingilis dillərində yuksək səviyyədə danışıq ve yazışma bacarığı
- Minimum 3 il iş təcrübəsi
- MS Word, Excel və Outlook proqramlarında sərbəst işləmək bacarığı
- Namizədə olan yaş həddi tələbi 30-45
Şirkətin təklifləri :
- İş qrafiki- I-V günləri (9:00-18:00), şənbə (yarı iş günü )
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Nahar yeməyi şirkət tərəfindən verilir
- Korporativ nömrə ilə təminat
- Əmək haqqı -800 azn
- Gənc və işgüzar kollektiv.
- Rahat ofis şəraiti – Tbilisi prospekti
E-mail: finance@asfil.az
***
akansiya elan edən: Old City Sweet Home
Vakansiya: Xanım satıcı (şirniyyat mağazası)
Namizədə tələblər:
- İngilis dili danışığı yüksək səviyyədə olmalıdır. (Rus dili və Ərəb dili biliyi üstünlük sayılır)
- Yaş həddi: 18 - 35
- Təqdim etmə qabiliyyəti yüksək dərəcədə olmalıdır
- Ünsiyyətcil və gülərüz olmalıdır
İş barədə məlumat:
- Satış üzrə hədəflər vəya plan yoxdur
- Satışa başlamadan əvvəl təlim verilir
- Dükanın şəhərin mərkəzində yerləşir (İçəri şəhər yaxınlığı)
- İş yerində satış üçün bütün şərait yaradılıb.
- İş qrafiki: 10:00-dan 18:00-dək vəya 14:00-dan 22:00-dək
- Həftə ərzində 1 gün istirahət
- Əmək haqqı: 500 AZN + bonus sistemi (Əmək haqqı və bonus daxil olmaqla ümumi aylıq gəlir 700-900 AZN olması mümkündür.)
• İşçi ilə müəssisə arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
Maraqlanan xanım namizədlər CV-lərini parviz.a@planyx.az ünvanına göndərə bilərlər. İş görüşməsi ancaq CV formalarının e-mail vasitəsi ilə göndərdiyi zaman aparılır.
***
Mühafizəçi
İşəgötürən: GESCO ASC
Ziya Bünyadov pr. 1965 məh., "Çinar Park" Biznes Mərkəzi, Bina 5
Telefon: (+994 12) 310-05-77
Mob: (+994 55) 206-87-89
E-mail: cv@gesco.az
Əmək haqqı 600-700 AZN
"GESCO" Şirkəti fiziki cəhətdən sağlam, üzün müddət idmanla məşğul olan, rus dilini yüksək səviyyədə bilən və mühafizə sahəsində çalışmaq həvəsi olan insanları daimi əməkdaşlıq etməyə dəvət edir.
Tələblər:
- Yaş 25-40
- Kişi namizədlər
- Boy: 175-dən yuxarı olmalı
- Hərbi xidmət keçmiş olması mütləqdir.
- Azərbaycan vətəndaşı olmalı
- Rus dilini yüksək, İngilis dilini orta danışıq səviyyəsində bilməli
- Mühafizə kursu bitirənlərə üstünlük verilir
Ancaq yuxarıda qeyd edilən parametrlərə cavab verən namizədlərin müraciətinə baxılacaqdır.
Vəzifələr:
- İnsanların, binaların və inventarın fiziki təhlükəsizliyinin təmini
- Ətraf ərazilərin qorunması,həmin ərazilərə kənar şəxslərin icazəsiz daxil olmasınin qarşısının alınması
- Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi
- Buraxılış və obyektdaxili rejim qaydalarına əməl olunmasının təmin edilməsi
- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
- Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti.
- İş rejimi –növbəli
- İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir.
***
Satış meneceri (otel)
Vəzifə öhdəlikləri
- Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
- Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq; bu məlumatı “Elektra” sistemi vasitəsilə izləmək.
- Otel direktorun əvvəlcədən razılığını almaqla, lazım olduqda əsas müştərilərin məmnunluğunu təmin edən fərdi münasibət planını hazırlamaq.
- Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək.
- Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
- Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq.
Namizədə bağlı tələblər
• Aidiyyati sahə üzrə ali təhsil, otelçilik üzrə təlimlərdə iştirak
• Beynəlxalq 4 və ya 5 ulduzlu oteldə satış üzrə ən azı 5 illik iş təcrübəsi
• Yüksək səviyyədə ünsiyyət qurma bacarığı
• Azərbaycan, Rus, İnglis dillərini əla səviyyədə bilməli;
• Məsuliyyətlik, gülərüzlülük, operativlilik, pozitiv və ünsiyyətcil olmaq.
• MS Office, Elektra proqramlarını əla səviyyədə bilməli;
İş Şəraiti:
• İş vaxtı: həftədə 6 gün;
• Nahar şirkət tərəfindən verilir;
• Əmək haqqı: müsahibə zamanı təyyin olacaqdır
Maraqlanan namizədlər mövzu yerində “Satış meneceri (otel)” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.
***
Modenis LLC eManat
Vəzifə adı: Sürücü
Vəzifə öhdəlikləri:
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
• Ofisdə və zərurətə uyğun olaraq idarə etdiyi avtomobil ilə tapşırıqların operativ icrası
• Ehtiyac olduğu təqdirdə məzuniyyət və ezamiyyətdə olan sürücülərin əvəz edilməsi
• Zərurət olduğu təqdirdə ezamiyyətə gedilməsi
Namizədə qoyulan tələblər:
• Sahə üzrə 3-5 il il iş təcrübəsi;
• Yaş həddi: 35-45
• “B” kateqoriyalı sürücülük vəsiqəsi
• Avtomobil quruluşu üzrə yaxşı biliklər
• Şəhər ərazini yaxşı tanımalı
• Yol hərəkəti qaydalarını yaxşı bilməli
İş şəraiti:
• Əmək haqqı 400 AZN
• İş rejimi həftənin 6 günü
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@modenis.az e-mail ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Sürücü” yazılmalıdır.