Azərbaycanda 3 investisiya şirkətinin vergiyəqədərki mənfəəti 1 milyon manatdan çoxdur
Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün ötən il vergiyəqədərki mənfəəti 1 milyon manatdan çox olub.
Bunlar “PAŞA Kapital” (3,469 milyon manat), “PSG Kapital” (1,667 milyon manat) və “İnvest-AZ” (1,456 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 investisiya şirkətindən 4-nün – “Unicapital”, “Azfinance”, “BTB Kapital” və “Xalq Kapital”ın vergiyəqədərki mənfəəti 1 milyon manatdan az olub, “Plato Capital” investisiya şirkəti isə vergiyəqədərki zərərlə üzləşib.
8 investisiya şirkətinin 5-i – “PAŞA Kapital”, “PSG Kapital”, “İnvest-AZ”, “Unicapital” və “Azfinance” ötən il vergiyəqədərki mənfəətini artırıb, “Xalq Kapital” investisiya şirkəti isə azaldıb. “Plato Capital” investisiya şirkəti isə vergiyəqədərki zərərini azaldıb. “BTB Kapital” investisiya şirkəti isə ötən ildən vergiqədərki mənfəətlə, əvvəlki ildən isə vergiyəqədərki zərərlə çıxıb, odur ki, onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.