Bank

Valyuta hərracı keçirildi - NƏTİCƏ

17 iyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda tələb 46.8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, sonuncu hərracda 30.3 milyon ABŞ dolları həcmində banklara xarici valyuta satılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department