BirKart sahibləri PAŞA Sığortadan olan könüllü tibbi sığortanı taksitlə əldə edə bilərlər
Ölkənin ən məşhur taksit kartı olan BirKart sahibləri, PAŞA Sığortadan olan fərdi müştərilər üçün nəzərdə tutulan könüllü tibbi sığorta məhsulunun dəyərini istəklərindən asılı olaraq bir neçə aya bölərək ödəyə bilərlər. Belə ki, sığorta haqqı məhsulun müddətindən çox olmamaq şərti ilə 3, 6, 9 və ya 12 taksitlə ödənilə bilər.
Taksit ödənişi zamanı sığorta haqqına əlavə komissiya və ya hər hansı faiz tətbiq olunmur. Ödənişin hissələrə bölünməsi üçün müştərilər PAŞA Sığortanın Baş ofisi, Port Baku Ofisi, Sumqayıt və ya Gəncə filiallarına yaxınlaşıb, ödənişi ofislərdəki POS terminallar vasitəsilə həyata keçirməlidirlər.
Könüllü tibbi sığorta məhsulu “Gold”, “Silver” və “Classic+” adı altında 3 paket şəklində müştərilərə təklif olunur. Müştərilər “Gold” paketi üzrə 1050 AZN sığorta haqqı ödəməklə 20 000 AZN, “Silver” paketi üzrə 840 AZN sığorta haqqına 15 000 AZN, “Classic+” paketi üzrə isə 645 AZN sığorta haqqına 10 000 AZN sığorta təminatı əldə edə bilərlər.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.