TURİZM

Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.

Bu barədə “Anadolu” agentliyinə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək - çərşənbə axşamı və bazar günləri.

Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department