Azərbaycanda 16 bankın qeyri-faiz xərcləri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu ilin I rübündəki qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Bunlar “Azərbaycan Sənaye Bankı” (ASB), “Yelo Bank”, “Express Bank”, “Bank Respublika”, “PAŞA Bank”, “Premium Bank” və “Azər-Türk Bank” ASC-lər, eləcə də “Access Bank” QSC-dir.
Ən çox azalma “AFB Bank”da (18,2%), ən az azalma isə ASB-də (3,5%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının qeyri-faiz xərcləri dəyişməyib.
Qalan 16 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (48,1%), ən aşağı dinamika isə “Bank of Baku” ASC-lər (3%) qeydə alınıb.
4 bankın qeyri-faiz xərcləri 20 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I rübündəki qeyri-faiz xərcləri 20 milyon manatdan çox olub.
Bunlar “Kapital Bank” (64,649 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (45,613 milyon manat), “PAŞA Bank” (36,854 milyon manat) və “Unibank” (20,409 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 4-də qeyri-faiz xərcləri 10-20 milyon manat arasında, 16 bankda faiz xərcləri 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
Marja.az Telegramda: https://t.me/marjaaz