Kapital Bank işçi axtarır - VAKANSİYA
Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi (İnsan resurslarının idarə edilməsi departamenti)
Ümumi məlumat
Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• HR proseslər üzrə analiz aparmaq (HR metriklər üzrə hesabatlar və təhlillər aparmaq).
• Əməkdaşların fəaliyyət qiymətəndirilməsini həyata keçirmək;
• Əməkdaşların illik fəaliyyət göstəricilərinin təhlili etmək;
• Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq hesablamaları aparmaq;
• Fəaliyyət göstəricilərinin təhlili zamanı istifadə olunan hesabatları optimallaşdırmaq;
• HR layihələrdə iştirak etmək.
Tələblər
• Ali təhsilin olması (Maliyyə və ya HR sahəsi üzrə olması arzuolunandır) ;
• HR sahəsində minimum 2 il iş təcrübəsi;
• MS Excel biliyinin yüksək səviyyədə olması;
• Analitik düşünmə və təhliletmə bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Dəqiqlik, detallara qarşı diqqətlilik;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.