Qarabağ

Paşinyan Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışdı

“Nəqliyyat kommunikasiyalarının ləğvi, ilk növbədə, hələ sovet illərində fəaliyyət göstərən dəmir yolu kommunikasiyalarının açılması deməkdir. Hələlik avtomobil yollarından söhbət getmir”.

“ENA” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfdarları ilə görüşündə deyib.

Onun sözlərinə görə, prioritet hesab olunan dəmir yolu xətlərinin bərpası və yenidən açılmasıdır.

“Dəmir yolu rabitəsi MDB-nin təsdiq etdiyi razılaşmalar çərçivəsində beynəlxalq hərəkət standartlarına uyğun olmalıdır”, - deyə Paşinyan bildirib.

Paşinyan Ermənistan və Azərbaycanın MDB sazişlərində bir sıra məsələlərdə "xüsusi fikir və qeyd-şərtləri" olduğunu qeyd edib. O, yük daşınması prosesinə başlamaq üçün qeyd olunan rezervasyonların geri götürülə biləcəyini istisna etməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)