"166 Yükdaşıma və Logistika" işçi axtarır - MAAŞ 2500-3000 MANAT
Çağrı Mərkəzi rəhbəri
Vəzifə öhdəlikləri:
• Çağrı Mərkəzi işinin effektiv təmin edilməsi;
• Mövcud işçi heyətinin idarə olunması və nəzarət edilməsi;
• Operatorların təlimi üçün treyninqlərin təşkil olunması;
• Müştərilərlə əlaqə saxlanılması və problemlərin araşdırılması;
• Şirkət və müştərilər arasında keyfiyyətli əməkdaşlığın qurulması;
• Şirkətin hədəflərinə uyğun satış planının doldurulması;
• Həftəlik, aylıq və illik hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən tapşırılan digər işlər.
Tələblər:
• Ali təhsil;
• İdarəçilikdə 1-3 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dili arzuolunandır;
• MS Office proqramlarında sərbəst işləmə bacarığı (Word, Excel, PowerPoint);
• Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
• İdarəetmə və problem həlletmə bacarığı;
• Dürüst, punktual, diqqətli olmalı və ünsiyyət qurmağı bacarmalıdır.
İş haqqında məlumat:
• İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 2500-3000 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=100