Bank

“Yelo Bank” açıq tender elan edir

Yelo Bank” ASC Cisco məhsulları üzrə lisenziya və müvafiq təlimlərin sifarişi məqsədilə açıq tender elan edir. 

Texniki şərtlər elana link olaraq əlavə olunur.

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

–    Qiymət təklifi (ƏDV qeyd olunmaq)

–    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə email vasitəsilə göndəriləcək)

–    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

–    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

–   Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan  olunduqdan sonra)

       –  Tender təklifini təqdim edən şirkət Cisco proqram təminatı üzrə xidmətləri təmin        

          etmək qüvvədə olan səlahiyyətə sahib olmalıdır

  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 01 İyun 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
  • Şirkətlər tenderdə iştirakını 25 May 2021 tarixinə qədər elanda qeyd olunan əlaqədar şəxsə elektron məktub vasitəsilə təsdiqləməlidirlər
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

 

  • Ödəniş və digər şərtlər

 

–    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. 

–    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-i həcmində Bank zəmanəti təqdim etməlidir.

–    Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.

–    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

 

  • Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

 

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq proqram təminatının həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

 

  • Satınalan təşkilatın ünvanı 

 

Bakı şHəsən Bəy Zərdabi küç 81K, AZ1012

Əlaqələndirici şəxs: 

1)Nigar Baxşiyeva 

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+9455 4577616

nbakhshiyeva@yelo.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department