Vakansiyalar

“Azərikard” işçi axtarır - VAKANSİYA

Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal-hazırda aktiv olan vakansiya: Operator call center

Tələblər:

1. Ali təhsil;
2. Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
3. Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
4. Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
5. Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı;
6. Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
7. Böyük həcmdə işlərə hazırlıq.
8. Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
9. Kompüter proqramların bilmə bacarığı;
10. Növbə ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla)..

Vəzifəsi:

1. Daxil olan zənglərin qəbulu və emalı;
2. Müştərilərə kartlarla əməliyyatlar üzrə və kart hesabların informasiyası və konsultasiyası ilə təmin edilməsi;
3. Şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
4. Kart sahiblərindən olan sorğu və müraciətlərlə bağlı sənədləşdirilməsi;
5. Müştəri sorğuların emalı;
6. Xidmətə qoşulmaq üçün müştərilərin cəlb edilməsi ;

Namizədlərdən CV-i “Operator” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department