“AFB Bank”ın rəhbərliyinə 37 yaşlı şəxs təyinat alıb
“AFB Bank” ASC-nin Müşahidə Şurasına yeni 37 yaşlı üzv seçilib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, yeni üzv Famil Kərimovdur.
Bununla da, Müşahidə Şurasında sədr kimi Elnur Məmməd oğlu Qurbanov, Famil Qalib oğlu Kərimov və Viladi Məzahir oğlu Maniyev üzv kimi fəaliyyətlərini davam etdirəclər.
Famil Qalib oğlu Kərimov 1984-cü ildə anadan olub. 2001- 2005-ci illərdə Xəzər Universitetində Maliyyə ixtisası üzrə təhsil alıb.
2005-2013-cü illər ərzində “KPMG Azərbaycan Limited” şirkətinin nümayəndəliyində, “Deloitte&Touche” MMC-də, “Baker Tilly Azərbaycan” MMC-də audit ixtisası üzrə müxtəlif vəzifələr tutmuşdur. 2013-cü ildə GRC “Assurance and Advisory Services” MMC şirkətində Daxili audit və Nəzarət Praktikasının rəhbəri, 2015-ci ildən isə Cənub Qaz Dəhlizi QSC Cəmiyyətin Kommersiya və əməliyyatlar departamentinin direktoru və 2016-cı ildən “Gilan İndustrial Group” MMC-də Baş direktor müavini işləmişdir. 2021-ci ilin yanvarından “Gilan Holding”in qida üzrə şirkətində İdarə Heyətinin üzvidir. O, həmçinin “AFB Bank”da (2017-2021) və “AzSığorta” ASC-də (2018-2021) Audit Komitəsinin üzvi kimi çalışıb.
Famil Kərimov “United Enterprises Azərbaycan” MMC və “AFB Bank” MMC-də tutduğu rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirir.